"Müharibədə qalib gəlmək üçün Ukrayna Rusiya texnologiyasına qarşı çıxmağın, həm də öz səmasını qorumağın bir yolunu tapmalıdır".
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu fikri "Faktı" nəşrinə müsahibəsində Ukrayna ordusununu 95-ci əlahiddə hava hücumu briqadasının komandiri Oleq Apostol deyib.
Ukrayna Qəhrəmanından Rusiyanın hücumundan sonra Ukrayna ordusunun hansı dəyişikliklərə məruz qaldığı soruşulub. O hesab edir ki, dəyişikliklərdən biri də yüksək rütbəli komandirlərin qoşunların hazırlanması üçün düzgün istiqamət seçməsi olub.
“MüharibÉ™nin ciddi olduÄŸunu gördükdÉ™ 2014-cü ildÉ™n sonra döyüş É™mÉ™liyyatları ÅŸÉ™raitinÉ™ daha çox yaxın olan tÉ™limlÉ™r baÅŸlandı. VÉ™ 2022-ci il müharibÉ™siin ilk aylarında mÉ™hz 2014-cü ildÉ™ döyüşən insanların hesabına duruÅŸ gÉ™tirdik. HÉ™m dÉ™ komandirlÉ™rin, o cümlÉ™dÉ™n aÅŸağı sÉ™viyyÉ™lilÉ™rin çevik vÉ™ düzgün qÉ™rarları sayÉ™sindÉ™...”, - deyÉ™ hÉ™rbçi É™lavÉ™ edib.
Apostol hesab edir ki, qalib gəlmək üçün müharibəyə uyğunlaşmaq və müəyyən əks addımlar atmaq lazımdır. Nümunə kimi o, işğalçıların "Orlan" və "Lancet" dronlarından istifadəsini göstərib.
"Biz dəyirmi masa arxasında bu problemi həll etməyin yollarını axtarmalıyıq, o zaman uğur olacaq. Biz Rusiya texnologiyalarına qarşı durmalıyıq. Biz də düşünməliyik ki, səmamızı tamamilə necə bağlayaq. Yəni, söhbət sırf bütün tədbirlər kompleksindən gedir. Hava hücumundan müdafiə işləməzsə, hücum əməliyyatları aparmaq, əks- batareya mübarizəsi aparmaq və s. aparmaq mümkün olmayacaq", - dey komandir vurğulayıb.
S.Laçın