AZ

Briqada komandiri Ukraynanın qalib gəlməsi üçün iki vacib şərti göstərdi...

"Müharibədə qalib gəlmək üçün Ukrayna Rusiya texnologiyasına qarşı çıxmağın, həm də öz səmasını qorumağın bir yolunu tapmalıdır".
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu fikri "Faktı" nəşrinə müsahibəsində Ukrayna ordusununu 95-ci əlahiddə hava hücumu briqadasının komandiri Oleq Apostol deyib.
 
Ukrayna Qəhrəmanından Rusiyanın hücumundan sonra Ukrayna ordusunun hansı dəyişikliklərə məruz qaldığı soruşulub. O hesab edir ki, dəyişikliklərdən biri də yüksək rütbəli komandirlərin qoşunların hazırlanması üçün düzgün istiqamət seçməsi olub.
 
“Müharibənin ciddi olduğunu gördükdə 2014-cü ildən sonra döyüş əməliyyatları şəraitinə daha çox yaxın olan təlimlər başlandı. Və 2022-ci il müharibəsiin ilk aylarında məhz 2014-cü ildə döyüşən insanların hesabına duruş gətirdik. Həm də komandirlərin, o cümlədən aşağı səviyyəlilərin çevik və düzgün qərarları sayəsində...”, - deyə hərbçi əlavə edib.

Apostol hesab edir ki, qalib gəlmək üçün müharibəyə uyğunlaşmaq və müəyyən əks addımlar atmaq lazımdır. Nümunə kimi o, işğalçıların "Orlan" və "Lancet" dronlarından istifadəsini göstərib.

"Biz dəyirmi masa arxasında bu problemi həll etməyin yollarını axtarmalıyıq, o zaman uğur olacaq. Biz Rusiya texnologiyalarına qarşı durmalıyıq. Biz də düşünməliyik ki, səmamızı  tamamilə necə bağlayaq. Yəni, söhbət sırf bütün tədbirlər kompleksindən gedir. Hava hücumundan müdafiə işləməzsə, hücum əməliyyatları aparmaq, əks- batareya mübarizəsi aparmaq və s. aparmaq mümkün olmayacaq", - dey komandir vurğulayıb.

S.Laçın

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
moderator.az

1Mənbələr