EN

Sabah bu rayonda ilk dəfə müəllimlərin işə qəbulu imtahanları keçiriləcək

Sabah Biləsuvar rayonunun özündə ilk dəfə olaraq müəllimlərin işə qəbulu (MİQ) imtahanları keçiriləcək.

Bakupost.az -ın məlumatına görə, bu vaxta qədər olan bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.

Bu ildən isə artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində sözügedən proses baş tutacaq.
Chosen
106
7
bakupost.az

10Sources