AZ

Elm və təhsilBiləsuvarda ilk dəfə keçirilən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Biləsuvar rayonunda 2-10 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün yekunlaşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, bu tipli imtahan Biləsuvar rayonunun özündə ilk dəfə olaraq keçirilib.

Belə ki, bu vaxta qədər olan bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.

Bu ildən isə artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində sözügedən proses baş tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
3
far.az

10Mənbələr