EN

AVRO-2024: Fransa 1/4 finalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının daha bir 1/8 final matçı keçirilib.

Yenisabah.az xəbər verir ki, Fransa və Belçika yığmaları arasındakı oyun Düsseldorfdakı "Esprit Arena"da keçirilib. Qarşılşamanın taleyini 1 qol həll edib. 

Yeganə qol 85-ci dəqiqədə vurulub. Fransa Yan Vertongen avtoqolu sayəsində növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources