Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının daha bir 1/8 final matçı keçirilib.
Yenisabah.az xəbər verir ki, Fransa və Belçika yığmaları arasındakı oyun Düsseldorfdakı "Esprit Arena"da keçirilib. Qarşılşamanın taleyini 1 qol həll edib.
Yeganə qol 85-ci dəqiqədə vurulub. Fransa Yan Vertongen avtoqolu sayəsində növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.
Telegram kanalımız