EN

“Gölməçəsevərlər” Rediklə anlaşdı

MBA klublarından “Leykers”in mətbuat xidməti Cey Cey Redikin baş məşqçi təyin olunduğunu elan edib.

“The Athletic” nəşrinin yazdığına görə, 40 yaşlı amerikalı klubla 4 illik müqavilə bağlayıb və hər il 8 milyon dollar qazanacaq. Bu maaş onu liqanın ən yüksək ödənişli mütəxəssislərindən birinə çevirib.

Xatırladaq ki, Redik basketbolçu karyerasını 2021-ci ilin sentyabrında bitirib. O, MBA-da “Orlando”, “Miluoki”, “Klippers”, “Filadelfiya 76”, “Nyu-Orlean” və “Dallas” klublarında çıxış edib. Redik oyunçu karyerasını bititəndən sonra ESPN telekanalında ekspert və şərhçi kimi çalışıb, bu ilin martında isə “Leykers”in forvardı Lebron Ceymslə birgə podkast işlətməyə başlayıb.

Chosen
62
football-plus.az

1Sources