ABŞ polisi silahlı quldurluqla bağlı aparılan istintaq çərçivəsində iki uşağı saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Utika Polis İdarəsindən açıqlama verilib.
Bildirilir ki, sorğu-sual zamanı qaçmağa çalışarkən cibindən tapança çıxaran uşaqlardan biri güllələnərək öldürülüb.
Yoxlama zamanı uşağın silahının oyuncaq olduğu müəyyən edilib.