ABŞ-nin "NBC" televiziya şirkəti Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında süni intellektdən istifadə edəcək.

Offsideplus.az xəbər verir ki, bunun üçün onlar idman şərhçisi El Mayklsın səsinin versiyasını yaradan proqramdan istifadə etməyə başlayıblar.

79 yaşlı Maykls əvvəlcə bu ideyaya şübhə ilə yanaşsa da, sonradan bu sözləri deyib:

 “Düzünü desəm, şoka düşdüm. Bu, heyrətamizdir. Və bir az da qorxuludur”, – deyə Maykls qeyd edib.

İradə Hatəmi