İyulda Bakıda Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 8-ci iclası keçiriləcək.
Bunu “Far.Az”a müsahibəsində Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavlyeviç deyib.
“İclasda əməkdaşlığın ən perspektivli sahələri - enerji, nəqliyyat, tikinti, ticarət və müdafiə sahələri nəzərdən keçiriləcək. Prioritetlərdən biri, əlbəttə ki, paytaxtlarımız arasında birbaşa aviareyslərin tətbiqi olacaq, çünki bu, qarşılıqlı fəaliyyətin bütün digər sahələrinə çox lazım olan təkanı verəcək”, - o vurğulayıb.
Qeyd edək ki, hökumətlərarası komissiyanın VII iclası 2023-cü il aprelin 28-də Belqradda keçirilib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.