EN

Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşəcək

Ermənistan və Türkiyə nümayəndələri iyulun 2-də sərhəddə gğrüşəcəklər. Bu barədə Ermənistan KİV diplomatik mənbələrə istinadən xəbər verir. 

Görüşün Ermənistan-Türkiyə sərhədində, ola bilsin ki, Marqara keçid məntəqəsi ərazisində keçiriləcəyi planlaşdırılıb.

İyunun 11-də Ermənistan Respublikasının Milli Assambleyasının vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib ki, görüşün baş tutacağı məkan hələ müəyyən edilməyib. 
 
"Uzun müddətdir ki, rəsmi görüş olmayıb, lakin aramızda yeni bir razılaşma var. Ermənistan və Türkiyə nümayəndələri arasında baş tutacaq görüşün tarixi və yeri ilə bağlı hələlik razılaşma yoxdur”, Rubinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır.
 
Türkiyənin xüsusi elçisi 7 il ABŞ səfiri və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Serdar Kılıçdır.

Planlaşdırılan görüşlə bağlı hələlik rəsmi məlumat yoxdur.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
4
anews.az

5Sources