Kreml sağçı Milli Ralli partiyasının liderlik etdiyi Fransa parlament seçkilərini diqqətlə izləyir.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O qeyd edib ki, biz seçkiləri çox diqqətlə izləyirik:
“Əvvəllər bir sıra Avropa ölkələrində, o cümlədən Fransada gördüklərimiz bu tendensiyalar öz təsdiqini tapır", - o deyib.
“Güman edirəm ki, biz ikinci turu gözləyəcəyik, baxmayaraq ki, fransız seçicilərin nə istədiyi bizə kifayət qədər aydındır”, - Kremlin sözçüsü əlavə edib.
Günel Abbas