Almaniyada keçirilən AVRO-2024-ün 1/8 final mərhələsi davam edir.
İdman.biz xəbər verir ki, 1/4 finalın daha bir iştirakçısı Frankfurtda bəlli olacaq.
Portuqaliya millisi Sloveniyanı sınağa çəkəcək. Qrup mərhələsini 1-ci başa vuran Kriştiano Ronaldo və komandası heç-heçələri sıralayan rəqibinin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, 1/8 final mərhələsi iyulun 2-də başa çatacaq.
AVRO-2024
1/8 final
1 iyul
23:00. Portuqaliya – Sloveniya
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt Arena
İdman.biz