“Parlament seçkilərində iştirak etmək haqqında düşünməmişəm”.
Hurriyyet.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “AzPolitika”-nın sorğusuna cavab olaraq bildirib.
Belə bir təklif alarsa, namizədliyini irəli sürüb-sürməyəcəyi barədə suala cavab olaraq sabiq nazir “düşünmək lazımdır” deyib.
“Mənim hazırda analtika sahəsində fəaliyyətimə Milli Məlisdə nə dərəcədə ehtiyac olacaq, açığı bilmirəm. Ona görə sualnıza cavabım bu qədərdir” - deyə, T.Zülfüqarov vurğulayıb.