Fransada magistral yola kiçik mühərrikli təyyarənin düşməsi nəticəsində 3 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" Fransa mətbuatına istinadən xəbər verir ki, paytaxt yaxınlığındakı hava limanından uçan təyyarə yüksək gərginlikli xəttlə təmasdan sonra Seine və Marne əyalətindəki A4 avtomobil yoluna çırpılıb.
Tək mühərrikli kiçik təyyarədə olan 3 nəfər öıüb.
Qəza səbəbindən magistral yolun hər iki istiqaməti nəqliyyata bağlanıb.