Vaxtilə Azərbaycanda işləmiş Sinan Oğanın 2023-cü il prezident seçkiləri dövründə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu ilə görüşünün detallarını açması böyük rezonans doğurub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun "Kamal Kılıçdaroğlu mənə vitse-prezident postu və üç nazirlik təklif etdi” sözlərinə isə qarşı tərəfin cavabı gecikməyib.
Sosial media hesabında Sinan Oğnaın iddialarını təkzib edən Kılıçdaroğlu onu ağır ittihamlar ünvanlayıb, şəxsiyyətini alçaldaraq təhqir edib: "Sənə 3 nazirlik və vitse-prezidentlik vermək bir yana qalsın, heç boyatmağa ayaqqabı belə verməzdim! Sən "donuz bağçıları" (Türkyədə siyasi kriminal qrup kimi adları bir çox səs-küylü cinayətlərdə hallanıb- Mia.az) terrorçuların ortağı, pula can atan siyasi tacir və sadiq bir B.O.P. agentisən...".
CHP-nin sabiq sədrinin Sinan Oğana xitabən paylaşımını aşağıda olduğu kimi təqdim edirik:
Samir Musayev
MİA.AZ