EN

Biləsuvarda yük maşını yandı, yol bağlandı - Foto

Ələt-Astara avtomobil yolunda yanğın olub.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, yük ilə dolu TIR yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.

Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
35
2
axar.az

7Sources