EN

Boksçularımız Avropa birinciliyini 4 medalla başa vurub

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha 2 medalı rəsmiləşdirib.

Komandamızın heyətində Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (+80 kq) gümüş mükafata yiyələliblər.

Nəticədə yığmamız Avropa birinciliyini 4 medalla başa vurub. Daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

İdman.biz

Chosen
109
4
idman.biz

6Sources