AZ

Azərbaycan millisi Avropa birinciliyini 4 medalla başa vurdu

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada keçirilən Avropa birinciliyini 4 medalla başa vurub.

Arena.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında təşkil olunmuş Avropa birinciliyinə bu gün yekun vurulub.

Azərbaycan millisi yarışın son günündə daha 2 medalı rəsmiləşdirib. Komandamızın heyətində Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (+80 kq) gümüş mükafata yiyələniblər.

Xatırladaq ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişdilər.

Nəticədə Azərbaycan yığması bu Avropa birinciliyini 4 medalla başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
arena.az

6Mənbələr