EN

Füzuliyə müntəzəm reyslər açılır

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraqQarabağa müntəzəm reyslərə başlayacaq.

Trend aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki,iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdəmüntəzəm uçuşlar həyata keçirəcək.

Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləriyerinə yetiriləcək.

Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Buqiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasənBakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq,bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasınınvətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isəkommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.

Chosen
38
49
az.trend.az

10Sources