AZ

Füzuliyə müntəzəm reyslər açılır

  Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq.

Aviaşirkətin məlumatına görə, iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçiriləcək.

Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
49
referans.az

10Mənbələr