EN

Qəbələdə "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika və "Gənc xilasedici" Beynəlxalq yarışlarının açılışı olub

Qəbələdə iyunun 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika və "Gənc xilasedici" Beynəlxalq yarışlarının açılış mərasimi olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, ənənəvi olaraq Qəbələdə baş tutan yarışda ümumilikdə Azərbaycan da daxil olmaqla 6 ölkədən 18 komanda mübarizə aparacaq.

Açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.

Mərasim komandaların təqdimatı və bədii hissə ilə başlayıb.

Qarşıdakı günlərdə komandalar müxtəlif mərhələdə tərtib olunmuş proqramlar üzrə yarışacaqlar.

Geniş proqramla təşkil olunan tədbirin bağlanış və final mərhələsi iyul ayının 6-da olacaq.

Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə Qəbələdə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
2
apa.az

3Sources