AZ

Qəbələdə beynəlxalq yarışa start verildi - 6 ölkədən 18 komanda mübarizə aparır - FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika və "Gənc xilasedici" Beynəlxalq yarışlarının açılış mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələdə baş tutan yarışda Azərbaycan da daxil olmaqla 6 ölkədən 18 komanda mübarizə aparacaq.

Açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.
Mərasim komandaların təqdimatı və bədii hissə ilə başlayıb. Qarşıdakı günlərdə komandalar müxtəlif mərhələdə tərtib olunmuş proqramlar üzrə yarışacaqlar.

Geniş proqramla təşkil olunan tədbirin bağlanış və final mərhələsi iyul ayının 6-da olacaq.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
bizim.media

3Mənbələr