EN

Gəncədə avtomobil piyadaları vurdu: ölən var

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan NİVA markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Əli Məmmədlini və 2009-cu il təvəllüdlü İsmayıl Məmmədovu vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, onlardan Ə.Məmmədli xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
68
10
buta.tv

10Sources