Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.BUTA.TV xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan NİVA markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Əli Məmmədlini və 2009-cu il təvəllüdlü İsmayıl Məmmədovu vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, onlardan Ə.Məmmədli xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.