İsrailin “El Al” aviaşirkətinə məxsus təyyarə Antalyada məcburi eniş edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin təyyarəsi yanacaq doldurmaq üçün Türkiyədə eniş edib.
İddiaya görə, Türkiyə tərəfi təyyarəyə yanacaq verməkdən imtina edib.
Daha sonra təyyarənin Yunanıstanın Rodos şəhərinə getdiyi bildirilir.
Musavat.com