Türkiyənin İzmir şəhərində yaşayış binasının birinci mərtəbəsində yerləşən çörək sexində partlayış olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TRT Haber yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla saat 15:00 radələrində baş verib. Nəticədə 4 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Partlayışın qaz sızması səbəbindən olduğu qeyd edilir.
***
Ölkənin Daxili işlər naziri Ali Yerlikayanın verdiyi son məlumata görə, partlayış nəticəsində yaralananların sayı 35-ə yüksəlib.
***
Hadisə nəticəsində ölənlərin sayı 5-ə, yaralıların sayı isə 57-ə yüksəlib.