Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 57 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi İzmir vilayətinin valisi Süleyman Elbana istinadla məlumat verib.
O qeyd edib ki, ötən gün günorta saat üç radələrində restoran və çörək sexinin yerləşdiyi binanın birinci mərtəbəsində sənaye qazı balonu partlayıb:
"Partlayış o qədər güclü olub ki, daha 10 qonşu evə ziyan dəyib. Binanın fasadı və yuxarıdakı mərtəbələrdəki mənzillər zədələnib.
Dörd tibb müəssisəsi zərərçəkənləri qəbul edib. Onlardan bəziləri özləri xəstəxanalara gedə biliblər".