"Barselona"nın futbolçusu Markos Alonso komandadan ayrılıb.
AzxeberSport xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyalı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2022-ci ildən "Barselona"da çıxış edirdi. O, Kataloniya klubunda ümumilikdə 27 oyuna çıxıb və 1 qol vurub.