Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.
Komanda.az xəbər verir ki, yığma ikinci təsəlliverici qarşılaşmada Polşa seçməsi ilə üz-üzə gəlib. Millimiz 3:4 hesablı məğlubiyyətə üzülüb.
Beləliklə, Azərbaycan yığması komanda yarışını medalsız başa vurub.
Qızların mübarizəsində +63 kq-da cüdoçularımız zədə səbəbindən tatamiyə çıxa bilməyiblər.
Azərbaycan təmsilçiləri fərdi mübarizədə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin Etiketlərcüdo