Norveç Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiyalar paketinə qoşulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib.
“Norveç Avropa İttifaqının Rusiya Federasiyasına qarşı 14-cü sanksiya paketini razılaşdırıb”, - açıqlamada deyilir.
Açıqlamada qeyd olunur ki, Rusiya Bankının Norveçdə heç bir aktivi olmasa da, ölkənin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardıma istifadə olunması üçün “hüquqi baza”ya ehtiyacı var.