ABŞ Polşaya 14 M1 Abrams tankı yerləşdirib. Döyüş maşınları ölkənin qərbindəki Povidza bölgəsindəki Amerika bazasında yerləşdirilib.Elchi.az xəbər verir ki, bu məlumatı Pentaqon yayıb.“İlk partiya 405-ci Ordunun Sahə Dəstəyi Briqadası tərəfindən təhvil verilib”, – deyə məlumatda bildirilir.Komandanlıq bazadakı tankların sayını 85 maşına çatdırmağı planlaşdırır. Briqada həmçinin 190 zirehli döyüş maşını və 35 artilleriya qurğusu ilə təchiz olunacaq.“Yerləşdirmə müddəti 60 gündən bir həftəyə endiriləcək”, – deyə Pentaqonun məlumatında qeyd edilib.YeganəMənbə: Vesti.ru