Abdullah Zubir "Qarabağ"la yeni müqavilə imzalaması ilə bağlı paylaşım edib. Manset.az İdman.Biz-ə istinadən bildirir ki, o, instaqram səhifəsində hər kəsə təşəkkür bildirib. Paylaşımda deyilib: "Möhtəşəm klubla yenidən yola davam. Hər kəsə təşəkkürümü bildirirəm". Zubir dünən "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb. Fransalı futbolçu 2018-ci ildən Azərbaycan çempionunun heyətində çıxış edir. Qeyd edək ki, 32 yaşlı futbolçu karyerası ərzində "Qrenobl", "İstr", "Hibernian", "Petrolul", "Lans" klublarında oynayıb.