31 dekabr 2023-cü il tarixinə Qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti və 10 vitse-prezident (2022-ci il: SOCAR-ın Prezidenti, onun birinci vitse-prezidenti və doqquz vitse-prezident) daxil olub. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də Qrupun müəyyən şirkətlərində Direktorlar Şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.