Vətənin sadiq oğulları...
Azərbaycan dövlətçiliyinin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində polisin əvəzsiz xidmətləri var! Vətənin ən ağır günündə - Birinci Qarabağ müharibəsində elə öncə döyüşə atılan və düşmənlə vuruşa polis ölüb. Bu barədə Ulu Öndər Heydər Əliyev də çıxışlarında bu fikiri səsləndirərək deyib ki, ermənilərə qarşı döyüsdə birinci polis sinəsini qabağa verərək vuruşub və vaxt konüllü batalyonlar vardı, ordu da yaxşı təşkil olunmamışdı.
Bax belə bir vəziyyətdə Azərbaycan polisi düsmənlə qəhrəmancasına vuruşub! Mən bir jurnalist olaraq Ümummilli lider Heydər Əliyevin dediklərinin şahidi və iştirakçısı olmuşam 1991- 93- çü illərdə Qarabağ müharibəsinin ağir illərində həftələrlə, günlərlə Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Laçın , Şuşa polisinin yanında olmuşam . Onların neçə döyüsdüyünü, kəndlərimizi azad etmələrini gözlərimlə görmüşəm! Onlar aslan kimi vuruşurdular. Füzuli rayon polis şöbəsinin rəisi,Binnət Məmmədovun və əməkdaşlarinin Yuxarı və Asağı Veysəlli, Cəmilli, Qacar, Məngələnata uğurunda mücadilələrin heç vaxt unuda bilmərəm.
Polis güllə yarası alırdı, elə səngərdə yarasını sarıtdırıb yenidən döyüsə atılırdı. Üsəlik də döyüsdə məni qoruyurdular və deyirdilər ki, jurnalistdən sən güllə dəyər peşmançılıq olar. Mən deyirdim ki, sizdən artıq deyiləm! O, döyüşlərdə bizi Allah qoruyurdu, yoxsa düşmən gülləsindən qaçmaq olmazdı! Cəbrayıl rayon polis şöbəsinin rəisi Rəşid Məmmədov heç vaxt yadımdan çıxmayacaq. Ermənilər onun başına milyonlarla pul qoymuşdular. Hələ də səsi qulağımdadır. Səhər-səhər cörək yedik, özü də silahı götürüb ,mənimlə bir yerdə səngərə getdı. Həmin döyüsdə Hadrutun on iki kəndi erməni işğalından azad edildi və həmin kəndlərə Azərbaycan bayrağı sancıldı! Bax belə! Amma sonradan Rəşid Məmmədov müəmmalı avtomobil qəzasında öldü! Nə isə...
Azərbaycan polisi torpaqlarımızı azad edərkən belə döyüşüb.Yüzlərlə şəhid verib, nə qədər polis əməkdaşı yaralanıb, qazi və qalib olub! İkinci Qarabağ Savaşînda da onlar şir kimi döyüşüblər! Şir kimi döyüşən igidlər Azərbaycan bayrağını azad elədikləri şəhərlərə, qəsəbələrə , kəndlərə sancıblar! Onlar ölkəmizdə cinayətkarlığa qarşı mübarizdə canlarından keçiblər. Xəzər rayonunun Şüvəlan qəsəbəsində cinayətkarı zərərsizləşdirərkən üç polis əməkdaşı qəhrəmancasına şəhid oldu! Yerləri Cənnət olsun! Bu peşən bayramında mən iki xidmətin- Dövlət Yol Polisi İdarəsinin və Çevik Polis Alayının əməkdaşlarını xüsusilə vurğulamaq istəyirəm. Çünki onlar öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirir, dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edirlər.
Bir daha peşə bayramı münasibətilə Daxili İşlər Naziri , general- polkovnik cənab Vilayət Eyvazov başda olmaqla , bütün polis əməkdaşlarını təbrik edir, onlara can sağlığı və uğurlar arzulayıriq! Və deyirik: nə yaxşı Vətəni və xalqı qoruyan belə şərəfli polislərimiz var! Allah sizi qorusun, Azərbaycan Polisi!!!
Emil Faiqoğlu