"Təəssüf edirəm ki, adım bəzi namizədləri dəstəkləməkdə hallandırılır".
Sportinfo.az xəbər verir ki, bunu Ərdəbildən olan futbol ulduzu, İran yığmasının keçmiş baş məşqçisi Əli Dayi X hesabında yazıb.
“Xalq bilməlidir ki, mən bu günə kimi heç bir seçkidə kimsəni dəstəkləməmişəm və dəstəkləməyəcəyəm. Mənim adımdan yayılan fikirlər yalandır”, - Dayi bildirib.
O, adının hansı namizədi dəstəklədiyi ilə bağlı hallandığını açıqlamayıb.