EN

Fransada növbədənkənar parlament seçkiləri keçirilir

Seçkiqabağı sorğularda ifrat sağçılar liderlik edir

Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər üçün səsvermə başlayıb.

“İki sahil” xəbər verir ki, 577 yer uğrunda mübarizəni mərkəzçi prezident koalisiyası, sağçı Milli Birlik və solçu Yeni Xalq Cəbhəsi aparır.

Birinci turda seçilmək üçün namizəd yaşadığı bölgədəki seçicilərin yarıdan çoxunun dəstəyini almalıdır. Birinci turda azı 12,5 % səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştiraka buraxıla bilər.

Qeyd edək ki, növbədənkənar seçkiləri Fransa Prezidenti Emmanuel Makron iyunun 9-da prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə ciddi məğlubiyyəti fonunda təyin edib.

“Associated Press”in məlumatına görə, iyulun 7-də başa çatacaq iki turdan ibarət seçkinin nəticəsi Avropa maliyyə bazarlarına, Qərbin Ukraynaya dəstəyinə və Fransanın nüvə arsenalının və qlobal hərbi gücünün idarə olunmasına təsir edə bilər.

Bildirilir ki, seçkiqabağı sorğularda ifrat sağçılar liderlik edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
156
13
ikisahil.az

10Sources