EN

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

Amerika

Bakı, 30 iyun, AZƏRTAC

ABŞ-nin ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa America) qrup mərhələsinin III turunda növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, A qrupunda Argentina millisi Peruya 2:0 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda Kanada ilə Çili qolsuz heç-heçə edib - 0:0.

Bununla da Argentina və Kanada seçmələri adlarını 1/4 final mərhələsinə yazdırıb.

Qeyd edək ki, daha əvvəl Argentina, Venesuela, Uruqvay və Kolumbiya yığmaları 1/4 finala vəsiqəni təmin edib. Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
2
azertag.az

7Sources