AZ

Amerika Kuboku: Ekvador millisi 1/4 finala yüksəldi

ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) qrup mərhələsinin III turunun növbəti oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, B qrupunda daha əvvəl 1/4 finala vəsiqəni təmin edən Venesuela millisi autsayder Yamayka ilə üz-üzə gəlib.

Görüş venesuelalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunda Meksika və Ekvador qolsuz heç-heçə edib. Bununla da ekvadorlular pley-off mərhələsinə adlayıb.

Qeyd edək ki, daha əvvəl Argentina, Uruqvay, Braziliya və Kolumbiya yığmaları 1/4 finala vəsiqəni təmin edib. Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.


Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
bizim.media

7Mənbələr