Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Yəmənin Moha liman şəhərindən 13 dəniz mili cənub-qərbində Qırmızı dənizdə insident qeydə alıb.
İqtisadiyyat.az xəbər verir ki, müvafiq məlumat xidmətin "X" hesabında yerləşdirilib.
Təfərrüatlar verilməyib.
Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və İsrail ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndeb sularından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından Husilər Qırmızı dəniz və Ədən körfəzində mülki gəmilərə hücum edir.