Avro-2024: Almaniya da 1/4 finalda
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində Almaniya Danimarkanı məğlub edib.
“İki sahil” xəbər verir ki, yarışın 53-cü dəqiqəsində Kai Havertz penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 68-ci dəqiqədə isə Camal Musiala almanların ikinci qolunu vuraraq almanların qələbəsini təmin edib – 2-0.
Qeyd edək ki, günün ilk yarışında İtaliyanı məğlub edən İsveçrə adını 1/4 final yazdırmışdı.
AÇ-2024
1/8 final
29 iyun
23:00. Almaniya 2-0 Danimarka
Qollar: Kai Havertz 53 p. (1-0), Camal Musiala 68 (2-0)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində Danimarka ilə qarşılaşan Almaniya hesabdakı üstünlüyümü iki topa yüksəldib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində Camal Musiala fərqlənib.
AÇ-2024
1/8 final
29 iyun
23:00. Almaniya 2-0 Danimarka
Qollar: Kai Havertz 53 p. (1-0), Camal Musiala 68 (2-0)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində keçirilən Almaniya-Danimarka oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 53-cü dəqiqəsində Kai Havertz penaltini dəqiq yerinə yetirib.
AÇ-2024
1/8 final
29 iyun
23:00. Almaniya 1-0 Danimarka
Qol: Kai Havertz 53 p. (1-0)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində keçirilən Almaniya - Danimarka oyunu bərpa edildi.
“İki sahil” xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində keçirilən Almaniya - Danimarka oyununda fasilə yaranıb.
“İki sahil” xəbər verir ki, yağışın güclənməsi və dolu yağması ilə əlaqədar olaraq hakim oyunu saxlayıb.
Qarşılaşmanın davam edib-etməyəcəyi hakimin qərarından asılı olacaq.
UEFA-nın mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib: “Dortmundda əlverişsiz hava şəraiti (ildırım çaxması və güclü yağış) səbəbindən UEFA AVRO-2024-ün 1/8 final mərhələsinin Almaniya - Danimarka matçının dayandırılmasına qərar verilib. UEFA matçın bərpası ilə bağlı vaxtında açıqlama verəcək”.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində Almaniya ilə Danimarka qarşılaşır.
“İki sahil” xəbər verir ki, Dortmundda "Siqnal İduna Park" stadionunda baş tutan oyunu ingiltərədən olan hakimlər briqadası idarə edir
AÇ-2024
1/8 final
29 iyun
23:00. Almaniya - Danimarka
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.
Məhərrəm Ağalaroğlu, “İki sahil”