AZ

Avro-2024: Almaniya hesabı açdı -YENİLƏNİB-3

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində keçirilən Almaniya - Danimarka oyunu bərpa edildi.

“İki sahil” xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində keçirilən Almaniya - Danimarka oyununda fasilə yaranıb.

“İki sahil” xəbər verir ki, yağışın güclənməsi və dolu yağması ilə əlaqədar olaraq hakim oyunu saxlayıb.

Qarşılaşmanın davam edib-etməyəcəyi hakimin qərarından asılı olacaq.

UEFA-nın mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib: “Dortmundda əlverişsiz hava şəraiti (ildırım çaxması və güclü yağış) səbəbindən UEFA AVRO-2024-ün 1/8 final mərhələsinin Almaniya - Danimarka matçının dayandırılmasına qərar verilib. UEFA matçın bərpası ilə bağlı vaxtında açıqlama verəcək”.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində Almaniya ilə Danimarka qarşılaşır.

“İki sahil” xəbər verir ki, Dortmundda "Siqnal İduna Park" stadionunda baş tutan oyunu ingiltərədən olan hakimlər briqadası idarə edir

AÇ-2024

1/8 final

29 iyun

23:00. Almaniya - Danimarka

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, "Siqnal İduna Park" stadionu.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
ikisahil.az

6Mənbələr