EN

ABŞ tezliklə dağılacaq - Amerikalı biznesmendən PROQNOZ

Ən böyük fayl hostinq xidməti "Megaupload"un keçmiş sahibi, biznesmen Kim Dotkom bildirib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden və Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında keçirilən seçki debatı ABŞ-ın qaçılmaz çöküşünü göstərib.

Publika.az xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki səhifəsində ölkənin dağılacağını proqnozlaşdırıb.

“Dünən debatı izləyənlər təkcə amerikalılar deyildi. Bütün dünya onlara baxırdı. İmperatorluğun sonu yaxınlaşır”, - deyə Dotkom bildirib.

O, həmçinin əmindir ki, bu hadisədən sonra ABŞ hökumətinin reputasiyası tamamilə aşağı düşüb və bundan sonra əvvəlki səviyyəsinə qayıda bilməyəcək. Onun sözlərinə görə, Vaşinqtonun proksi müharibələri, fasiləsiz təbliğatı ölkəni fəlakətə aparacaq.

Chosen
36
publika.az

1Sources