UVT Aero aviaşirkətinin təyyarəsi Yekaterinburq hava limanında uçuş-enmə zolağından çıxıb.
Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
“Tobolskdan uçan CRJ-200 təyyarəsinin enişdən sonra uçuş-enmə zolağının təhlükəsizlik zolağına çıxması nəticəsində heç kim xəsarət almayıb, dağıntı olmayıb”.
Bundan əvvəl “Piper” markalı yüngül təyyarə Moskva vilayətinin Litkarina ərazisində magistral yolda məcburi eniş edib .
Mənbə RİA Novosti