EN

AVRO-2024:bu gün 1/8 final oyunlarına start veriləcək

Image

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start veriləcək. Günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gələcək. Bakı vaxtı ilə saat 20:00-də Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək.

Növbəti görüş isə Bakı vaxtı ilə saat 23:00-də Almaniya və Danimarka seçmələri arasında baş tutacaq. Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.

Mətləb Salahov






Chosen
146
29
baki-xeber.com

10Sources