EN

Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB

Bakıda
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Nərimanov rayonunun Ziya Bünyadov prospektində yük avtomobilinin üzərində olan texnikanın yolun hərəkət hissəsinə düşməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 1news.az-ın "Report"a istinadən məlumatına görə, qurumdan bildirib ki, quruma 99-JG-895 dövlət qeydiyyat nişanlı avtomobillə iri qabaritli yükün daşınması icazəsinin alınması üçün müraciət edilməyib.
11:14 Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə aşıb. Daxili İşlər Nazirliyindən (DİN) 1news.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib. Hadisə barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.

Chosen
144
45
1news.az

10Sources