EN

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar quraşdırıb

İran Fordo obyektində uranı zənginləşdirmək üçün dörd IR-6 sentrifuqası quraşdırıb.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatına istinadən məlumat yayılıb.

Agentlik bundan əvvəl məlumat vermişdi ki, Tehran Fordoda 174 IR-6 sentrifuqasından ibarət 8 kaskad quraşdırmaq istəyir. Sənəddə deyilir ki, BAEA dörd kaskadın quraşdırılmasını təsdiq edə bilib.

Hesabatda İranın bu obyektlərdə uranı zənginləşdirməyə nə vaxt və hansı səviyyədə başlayacağı dəqiqləşdirilməyib.

Chosen
91
50
banker.az

10Sources