Rusiyanın Moskva bölgəsində yataqxanada baş verən yanğın nəticəsində 5 nəfər ölüb.
"Cebhe.info" xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən yazılı açıqlamada, gecə saatlarında Moskva vilayətinin Balaşixa şəhərində 2 mərtəbəli yataqxanada yanğının baş verdiyi bildirilib.
Binadan 2-si uşaq olmaqla 8 nəfərin təxliyyə edildiyi, 5 nəfərin meyitinin tapıldığı bildirilib.
Yanğın 63 canlı qüvvə və 23 texnika ilə aparılan işlərdən sonra söndürülüb.
Rusiya mətbuatı yataqxanada əsasən miqrantların qaldığını yazıb.
Yanğınla bağlı araşdırmalara başlanılıb.