Fransada vətəndaşlar sabah seçkilərin ilk turunda səs verəcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təxminən 68 milyon 400 min əhalisi olan Fransada 49,5 milyon fransız seçici 5 il müddətində onları Milli Məclisdə təmsil edəcək 577 deputatı müəyyən etmək üçün sandıq başına gedəcək.
Fransada 4 min 9 deputat namizədinin mübarizə aparacağı seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.
Seçkilərdə mübarizə aparan namizədlərin 41,1 faizini qadınlar təşkil edir.
Fransada seçkiyə gedə bilməyən seçicilər başqa seçiciyə onların adından səs vermək üçün etibarnamə verə bilər.