EN

Sumqayıtda maşın vuran piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Sumqayıtda maşın vuran piyadanın şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, 1991-ci il təvəllüdlü Aişən Ramiz qızı Qəribovanı yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil vuraraq öldürüb.

Fakt araşdırılır.

***

08.53

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə 35-40 yaşlarında (şəxsiyyəti dəqiqləşdirilir) qadını vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
apa.az

6Sources